Ərdoğan Putin və Zelenski ilə danışmağa hazırlaşır

SİYASƏT

09 Dekabr 2022 14:39

Oxunma sayi: 429
Ərdoğan Putin və Zelenski ilə danışmağa hazırlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə danışmaq niyyətindədir.

Azmedia.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ərdoğanın gələn bazar, dekabrın 11-də həmkarları ilə danışacağı və onlarla Ukraynadakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Noyabrın 18-də Ərdoğan və Putin arasında telefon danışığı olub.

Sonra tərəflər digər məsələlərlə yanaşı, Türkiyədə “qaz qovşağı”nın yaradılması ideyasını da müzakirə ediblər.

Eyni zamanda Türkiyə liderinin Zelenski ilə telefon danışığı olub.

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!