Ərdoğan Putin və Zelenskini sülh danışıqlarına razı salacağına ümid edir

SİYASƏT

21 Oktyabr 2022 20:00

Oxunma sayi: 596
Ərdoğan Putin və Zelenskini sülh danışıqlarına razı salacağına ümid edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderlərini - Putin və Zelenskini danışıqlar masasına oturmalarına razı salacağına ümid edir.

Bu barədə o, Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, qarşıdan gələn günlərdə aparılacaq telefon diplomatiyası ilə buna şahid olacağıq.

“Dünən Zelenski ilə telefon danışığında hiss etdim ki, o da bunun tərəfdarıdır. Biz ümidsiz deyilik. Ümid edirik ki, iki lideri bir araya gətirərək sülh yoluna davam edək. Çünki hər iki tərəfin ciddi itkiləri var. İnanıram ki, sülhdə itirən tərəf olmayacaq”, - deyə Türkiyə lideri vurğulayıb.

Mənbə: Hürriyet

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!