Ərdoğan Putinlə danışmaq aparmağa hazırlaşır

SİYASƏT

26 Aprel 2023 15:10

Oxunma sayi: 687
Ərdoğan Putinlə danışmaq aparmağa hazırlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir.

Bunu Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

Söhbət aprelin 27-də, cümə axşamı, Akkuyu AES-ə nüvə yanacağının verilməsi mərasimindən əvvəl baş tutacaq. Bundan əvvəl Ərdoğan Putinin videokonfrans vasitəsilə tədbirdə iştirak edəcəyini açıqlamışdı.

Həmçinin qeyd edilir ki, Türkiyə prezidenti Rusiya lideri ilə Ukraynadakı vəziyyəti və ikitərəfli münasibətləri də müzakirə etmək niyyətindədir.

"Akkuyu" Türkiyənin Aralıq dənizi sahilində rusiyalı mütəxəssislər tərəfindən tikilən atom elektrik stansiyasıdır. Onun istismara verildikdən sonra ölkənin elektrik enerjisinə olan tələbatının 10 faizini ödəyəcəyi gözlənilir.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!