Ərdoğan: “Qarabağda olduğu kimi bütün imkanlarımızla qardaşlarımızın yanındayıq” FOTO

SİYASƏT

05 May 2023 17:37

Oxunma sayi: 855
Ərdoğan:  “Qarabağda olduğu kimi bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”   FOTO

“Liviyada, Suriyada, 30 ildən sonra işğaldan azad edilən Qarabağda olduğu kimi lazım olanda bütün imkanlarımızla qardaşlarımızın yanında dayanacağıq”.

Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında yazıb.

O, diplomatların səyləri ilə Türkiyənin özünə inamlı, təşəbbüskar və humanist xarici siyasət praktikasını həyata keçirdiyini vurğulayıb.

“Xarici nümayəndəliklərimizin sayını 163-dən 260-a yüksəldərək dünyanın ən geniş diplomatik əlaqələrinə sahib 5 ölkəsi sırasına daxil olduq. Tarixi şanlı zəfərlərlə dolu olan bir ölkə kimi, beynəlxalq sistemdə layiq olduğumuz yerə doğru gedirik. Türkiyə Yüzilliyinə, inşallah, bütün bu diplomatik uğurları zirvəyə qaldıracağıq”, - deyə o vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!