Ərdoğan: “Türkiyə hələ İsveçin NATO ya üzv olmasına hazır deyil”

SİYASƏT

19 May 2023 19:55

Oxunma sayi: 745
Ərdoğan: “Türkiyə hələ İsveçin NATO   ya üzv olmasına hazır deyil”

Türkiyə hazırda İsveçin NATO-ya üzv olmasına hazır deyil.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO ölkəsi terrorla mübarizəyə gəldikdə qətiyyətli mövqe nümayiş etdirməlidir.

Ərdoğan vurğulayıb ki, İsveç terror qruplaşmalarının Stokholm küçələrində sərbəst dolaşmalarına icazə verməyə davam etdikcə, Türkiyə bu ölkənin NATO üzvlüyünə müsbət baxa bilməz.

Mənbə: CNN

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!