Ərdoğan: “Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur”

SİYASƏT

07 Yanvar 2023 19:15

Oxunma sayi: 309
Ərdoğan: “Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur”

“Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək”.

Azmedia.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir:

“Biz 561 km mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Yunanıstanda bu çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, onlar (türklər - Red) bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyincə və bizim sizinlə işimiz olmayacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!