Ərdoğan və Bağçalı Hatayda azərbaycanlı xilasedicilərlə görüşdülər FOTO/VİDEO

SİYASƏT

20 Fevral 2023 17:51

Oxunma sayi: 2554
Ərdoğan və Bağçalı Hatayda azərbaycanlı xilasedicilərlə görüşdülər   FOTO/VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalı Kahramanmaraşda zəlzələ nəticəsində dağılan Hatayda yerli və xarici, o cümlədə Azərbaycanın axtarış-xilasetmə qruplarına baş çəkib, gördüyü işlər barədə məlumat alıblar.

Onu bu səfərdə daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, səhiyyə naziri Fahrettin Koca, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi müşayiət edib.

Daha sonra Ərdoğan şəhərdə çalışan yerli və xarici axtarış-xilasetmə qrupları, bələdiyyə təmizlik işçiləri, mədənçilərlə görüşüb, onlara öz təşəkkürünü bildirib və xatirə fotosu çəkdirib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!