Ərdoğan xaricdəki həmvətənlərinə səsləndi FOTO

SİYASƏT

19 May 2023 15:50

Oxunma sayi: 469
Ərdoğan xaricdəki həmvətənlərinə səsləndi   FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan həmvətənlərinə səslənib.

“Bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz.

Siz terror təşkilatı üzvlərinin sizi qorxutmaq, təzyiq göstərmək, iradənizi əlinizdən almaq cəhdlərinə boyun əymədiniz”, - deyə o “Twitter” hesabında yazıb.

O, həmvətənlərinə olduqları ölkələrdəki seçki tarixlərini yaxından izləyərək demokratik hüquqlarından istifadə etmələrini istəyib.

“Sizdən, millətimizin xaricdəki nümayəndələrindən bir daha güclü şəkildə iradənizə hakim olmanızı gözləyirəm.

Bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!