Ərdoğan Zelenski ilə bugünkü danışıqlardan sonra Putinlə görüşə bilər

SİYASƏT

07 İyul 2023 14:17

Oxunma sayi: 513
Ərdoğan Zelenski ilə bugünkü danışıqlardan sonra Putinlə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ukraynalı həmkarı Volodimir Zelenskiylə danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.

Bu barədə “A Haber” öz mənbələrinə istinadla xəbər verib.

Qeyd edək ki, bu gün Zelenskinin Türkiyəyə işgüzar səfəri gözlənilir.

Səfər çərçivəsində Ərdoğan və Zelenski arasında təkbətək, həmçinin geniş heyətdə görüşləri gözlənilir. Müzakirələr zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq “Taxıl sazişi” və iki ölkə arasındakı münasibətlərdən danışılacaq. Bundan sonra birgə mətbuat konfransı olacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!