Ermənilər Laçındakı sərhəd buraxılış məntəqəsindən istifadəni intensivləşdirir

SİYASƏT

04 İyun 2023 23:14

Oxunma sayi: 1326
Ermənilər Laçındakı sərhəd   buraxılış məntəqəsindən istifadəni intensivləşdirir

Xankəndidən Ermənistana gedən ermənilərin Laçındakı sərhəd-buraxılış məntəqəmizdə çəkilən növbəti kadrları yayılıb.

Məlumata görə, kadrlardan da göründüyü kimi Qarabağın erməni əhalisi Azərbaycanın sərhəd-buraxılış məntəqəsini çox rahatlıqla keçirlər.

Bu kadlar bir daha təsdiq edir ki, nəzarət-buraxılış məntəqəsi tam olaraq işləyir.

Qeyd edək ki, ermənilər Laçın keçid məntəqəsi yeni açılmağa başlayarkən deyirdilər ki, onlar bu yoldan bir daha heç vaxt istifadə edə bilməyəcəklər. Amma bu gün yayılan kadrlar bunun tamamilə əksini göstərir.


 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!