Ermənilərin Laçında törətdikləri təxribatda yaralanan hərbçi danışdı VİDEO

SİYASƏT

16 İyun 2023 15:30

Oxunma sayi: 3477
Ermənilərin Laçında törətdikləri təxribatda yaralanan hərbçi danışdı   VİDEO

İyunun 15-i saat 08:45-də Ermənistan silahlı qüvvələri terror-təxribat əməllərini növbəti dəfə davam etdirməklə Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsinə dislokasiya olunub və müxtəlif çaplı odlu silahlardan ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə hərbi qulluqçumuz, gizir Elşən Rüstəmov güllə yaraları alıb.

Real TV təxribat nəticəsində yaralanan gizir Elşən Rüstəmova müalicə aldığı xəstəxanada baş çəkib.

“Çox şükür, hər şey qaydasındadır. Sol ayaqdan yaralanmışam. Gündəlik fəaliyyətimiz olaraq üçrəngli bayrağımızı öz ərazimizdə dalğalandırarkən düşmən tərəfi növbəti təxribata əl atdı, bizi atəşə tutmağa başladı və bu zaman biz silahsız idik.

Düşmən tərəfi təxribatı törədərkən biz tez bir şəkildə mövqeləndik və bu zaman mən ayağımdan yaralandım. Heyətimizin peşəkarlığı sayəsində mənə ilkin tibbi yardım göstərildi və mən o ərazidən təxliyə edildim, düşmən tərəfi cavab atəşi ilə susduruldu” ,- deyə E.Rüstəmov bildirib.

Daha ətraflı videomaterialda:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!