Ermənistan “məftil”lərdən qaçaraq Rusiyaya yardım edir ŞƏRH

SİYASƏT

14 Aprel 2023 08:00

Oxunma sayi: 870
Ermənistan “məftil”lərdən qaçaraq Rusiyaya yardım edir   ŞƏRH

Rusiya ilə Ermənistan arasında siyasi gərginlik olsa da, İrəvan Qərbin rəsmi Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınır.

Yəqin ki, bunun qarşılığında Rusiyadan nələrsə umur və ya Moskvanın daha amansız diktələrindən sığortalanmaq üçün özünü ona səhnə arxasında xoş göstərir.

Ancaq beynəlxalq ticarət trafikləri izlənilir və müəyyən nəticəyə gəlinir. Nəticənin bir hissəsini ABŞ Ermənistana xəbərdarlıq edərək açıb.

ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə diqqəti Vaşinqtonun anti-Rusiya sanksiyalarından yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlərə yönəldib.

Adeyemo həmçinin ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərini vurğulayıb.

Ümumiyyətlə, hər hansı ölkəyə sanksiyalar tətbiq ediləndə onların effektivliyi məsələsi ortaya çıxır. Qərbin boşluqlarından biri Rusiyanın patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqıdır. Qərb bu Birliyə üzv olan dövlətlərin sanksiyalara qoşulmaq üçün münasibətini formalaşdıra bilmir.

Aİİ-yə üzvlük o deməkdir ki, bu dövlətlərin (Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan) Rusiyaya ixracına heç bir maneə yoxdur.

Ancaq bu məsələdə Ermənistan kimi ikili oynayan yoxdur: bir tərəfdən, Qərbə meyillənən oriyentasiyasını göstərir, Rusiyaya diş qıcayır, başqa yandan isə Kremli ayaqda tutmaq üçün dəridən-qabıqdan çıxır.

Ermənistanın uzunmüddətli iqtisadi, eləcə də hərbi baxımdan Rusiyadan asılılığı ilk baxışdan onun Rusiya üçün iqtisadi dividendlər təqdim edəcəyinə inam verir.

Sanksiyalardan yayınma mexanizminin digər aləti İrandır. Bir sözlə, Ermənistan həm İranın çirkli pullarının yuyulması, həm də Rusiyanın baqajını dolduran əməliyyatların iştirakçısıdır.

Deməli, Ermənistanın mövqeyi təkcə İranın deyil, daha dərindən Rusiyanın maraqları naminə genişlənir.

 

 

Ermənistanın addımları Rusiya-Ukrayna müharibəsində aşağıprofilli neytrallıq nümayiş etdirmədiyinin göstəricisidir.

Bu artıq sirr deyil, məsələn, bundan əvvəl Rusiyanın Baş naziri Mixal Mişustin demişdi:

“Biz erməni tərəfdaşlarımızla birlikdə Rusiya Federasiyasına tətbiq olunan qeyri-qanuni sanksiyalar qarşısında əməkdaşlığımızı qorumaq üçün operativ qərarlar qəbul edirik”.

Ermənistan Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin ixrac və idxal potensialında Rusiya əsas yerdə dayanır.

İki ölkə arasında 2022-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 2,6 milyard dolları ötüb. 

Bu iqtisadi artım həm də Rusiyadan çıxan vətəndaşların bir qisminin Ermənistanda məskən salması ilə əlaqədardır. Onların içərisində iqtisadi-ticari fəaliyyətlə məşğul olanlar da var və Ermənistanın Rusiyaya yardım kampaniyasının üsullarını formalaşdırırlar.

Ən son rəqəmlərə əsasən, Rusiyadan Ermənistana köç nəticəsində Ermənistanda 300 iri şirkət və 2 500-ə yaxın kiçik müəssisə qeydiyyatdan keçib.

Digər yandan, Ermənistan başqa ölkələrdən aldığı malların da Rusiyaya daşınmasında maraqlıdır.

2022-ci ildə Vyetnamdan, Meksikadan, Yaponiyadan, Hindistandan və sair ölkələrdən Ermənistana gələn malların bir qismini İrəvan Rusiyaya ixrac edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!