Ermənistan MTX: “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

SİYASƏT

01 Aprel 2023 15:05

Oxunma sayi: 1523
Ermənistan MTX:  “Azərbaycan nümayəndələri ilə sərhədlərin dəqiqləşdirilməsi üçün görüş olub”

Ermənistan və Azərbaycan nümayəndələri Ermənistanın Sünik (Zəngəzur - red.) rayonunun Tex-Kornidzor hissəsinin sərhədlərini dəqiqləşdirmək üçün görüş keçiriblər.

Bu barədə şənbə günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzi məlumat yayıb.

Bildirilir ki, görüş Tex-Kornidzor ərazisində baş tutub.

“Sərhədlərin dəqiqləşdirilməsi üçün işlər aparılıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!