Ermənistan Rusiya və Azərbaycanla sülh müqaviləsini müzakirə etməkdən imtina etdi

SİYASƏT

22 Dekabr 2022 17:04

Oxunma sayi: 475
Ermənistan Rusiya və Azərbaycanla sülh müqaviləsini müzakirə etməkdən  imtina etdi

İrəvan Rusiya və Azərbaycan nümayəndələri ilə üçtərəfli nazirlər görüşündə iştirakdan imtina edib.

Sülh müqaviləsinə hazırlıq dekabrın 23-də müzakirə edilməli idi. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

O da məlum olub ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə Laçın dəhlizindəki vəziyyəti müzakirə edib və əldə olunmuş razılaşmalara əməl olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarını Bakının Laçın dəhlizinin qanunsuz blokadası səbəbindən öz vəzifələrini yerinə yetirməməkdə ittiham edib. Bunun nəticəsidir ki, Dağlıq Qarabağda ərzaq və zəruri mallar çatışmır.

Ona Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin cavab verib.

O izah edib ki, rusların əsas vəzifəsi döyüş əməliyyatlarının qarşısını almaqdır və onlar Laçın dəhlizində tərəflər tərəfindən təsdiqlənməmiş mandatladırlar.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!