Ermənistan Rusiyaya nota verib

SİYASƏT

28 Fevral 2024 20:15

Oxunma sayi: 173
Ermənistan Rusiyaya nota verib

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

Azmedia.Az xəbər verir ki, Ermənistan mətbuatında yayılan məlumatlara görə, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib.

Etiraz notasına səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozduğu göstərilib.

“Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb”, - nazir vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!