Ermənistan TŞ nın katibi: “Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 2 mətni var”

SİYASƏT

08 Dekabr 2022 16:55

Oxunma sayi: 612
Ermənistan TŞ   nın katibi:  “Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 2 mətni var”

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi layihəsinin 2 mətni var”.

Azmedia.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bir variantı Rusiya, digərini Azərbaycan təklif edib: “Qərb danışıqlar üçün şərait yaratmağa çalışdı. Moskva da bunu edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmaq üçün hər şeyi etməlidir".

Eyni zamanda, A.Qriqoryan söyləyib ki, rəsmi İrəvan nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtlardan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə sənəd alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!