“Ermənistana bunu açıq şəkildə demişik” Ərdoğan

SİYASƏT

10 Noyabr 2022 11:33

Oxunma sayi: 498
“Ermənistana bunu açıq şəkildə demişik”   Ərdoğan

“Ermənistanla son dəfə Praqada danışıqlar aparmışıq”.

Azmedia.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən əvvəl mətbuat konfransında deyib.

“Ermənistana çox açıq şəkildə dedik. Əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə gedəcək. Biz sizdən bunu gözləyirik. Həm məhdud çərçivədə, həm də nümayəndə heyətləri arasında keçirilən görüşlərdə bunu onlara çox açıq şəkildə bildirdik. Hazırda bu mərhələyə gəlinibmi? Bunu deyə bilmərəm”, - deyə Ərdoğan söyləyib. 

Onun sözlərinə görə, erməni diasporu Fransada və Almaniyada bu prosesin əleyhinə çalışır və onların fəaliyyəti bu prosesə mənfi təsir edir.

Ərdoğan, həmçinin qeyd edib ki, Ermənistanın Laçın və Zəngəzur dəhizləri ilə bağlı Azərbaycanla atacağı addımları Türkiyənin addımlarına müsbət təsir göstərə bilər.


  






 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!