Əsir düşən əsgərimizin valideynlərindən Ermənistana ETİRAZ VİDEO

SİYASƏT

10 May 2023 08:21

Oxunma sayi: 1448
Əsir düşən əsgərimizin valideynlərindən Ermənistana  ETİRAZ   VİDEO

“Ağlamaqdan başqa heç nə bilmirik”.

Bu sözləri Ermənistan tərəfindən əsir götürülən və saxta ittihamlarla cinayət işi açılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

A.Bəbirovun atası Qabil Bəbirov Ermənistan tərəfinin qanunsuz hökmü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbçiləri 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu itiriblər, nəticədə Ermənistan ordusu tərəfindən əsir götürülüblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!