Estoniya NATO nu hərbi xərcləri ÜDM

SİYASƏT

22 May 2023 23:37

Oxunma sayi: 339
Estoniya NATO   nu hərbi xərcləri ÜDM

Estoniyanın müdafiə naziri Hanno Pevkur NATO-ya üzv dövlətləri 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 2,5%-nə çatdırmağa çağırıb.

Bu barədə RİA Novosti Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, nazir Polşada “Şimal qrupu”nun müdafiə nazirlərinin görüşündə iştirak edib.

“Yaxın gələcəkdə NATO ölkələri üçün ÜDM-in müdafiə xərclərinin 2%-i məcburi ola bilər, lakin biz NATO ölkələrinin qarşısına 2030-cu ilə qədər müdafiə xərclərini ən azı 2,5%-ə çatdırmağı hədəfləməliyik”, - deyə Pevkur bildirib.

Bundan əvvəl Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ölkənin xarici və təhlükəsizlik siyasəti ilə bağlı yeni strategiyanı təqdim edib və bu strategiyada Danimarka hökumətinin 2030-cu ilə qədər müdafiə xərclərini tədricən ÜDM-in 2%-nə çatdıracağı qeyd olunub. Müvafiq sənəddə deyilir ki, müxtəlif təhdidlərə qarşı mümkün müqavimət göstərmək üçün Danimarka və Avropanın müdafiəsi və təhlükəsizliyi gücləndirilməlidir.

mənbə:qazeta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!