Estoniya Ukraynaya yeni hərbi yardım paketi verəcək

SİYASƏT

20 Aprel 2023 20:52

Oxunma sayi: 426
Estoniya Ukraynaya yeni hərbi yardım paketi verəcək

Estoniya yeni hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya gecəgörmə cihazları, eləcə də atıcı silahlar üçün sursat verəcək. Bu barədə ölkənin müdafiə naziri Anno Pevkur məlumat verib.
“Sabah Ramşteyndə mən Ukraynanın müdafiə naziri Aleksey Reznikovla da görüşəcəyəm, onunla Estoniyanın Ukraynaya necə və daha nələrdə kömək edə biləcəyini müzakirə edəcəyik”, - deyə  Estoniya müdafiə departamentinin rəhbəri bildirib.

Əlavə olaraq qeyd etmək yerinə düşər ki, sabahkı Ramşteyndə İspaniya Ukraynaya hərbi yardım edəcəyini açıqlayacaq. Krallığın Müdafiə Nazirliyinin məlumatına görə, dəstək quru qoşunlarının mühafizəsi, hava hücumundan müdafiə, eləcə də dəniz qüvvələrinin mühafizəsinə aid olacaq.

NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında Kiyevə təxminən 150 milyard dollar hərbi və maliyyə yardımı köçürdüyünü açıqlayıb.

Mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!