Evinin önündə sui qəsdə məruz qalan Fazil Mustafa xəstəxanaya yerləşdirilib – YENİLƏNİB + TƏFƏRRÜAT

SİYASƏT

28 Mart 2023 22:57

Oxunma sayi: 1017
Evinin önündə sui   qəsdə məruz qalan Fazil Mustafa xəstəxanaya yerləşdirilib  – YENİLƏNİB + TƏFƏRRÜAT

Evinin önündə sui-qəsd nəticəsində yaralanmış millət vəkili Fazil Mustafa xəstəxanaya aparılıb.

Azmedia.Az xəbər verir ki, deputat 1 saylı Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

KTM-dən verilən məlumatda qeyd edilib ki, yaralı Təcili Tibbi Yardım şöbəsindədir. Hazırda həkimlər tərəfindən ona təcili müdaxilə edilir.

Qeyd edilib ki, onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur.

Yekun vəziyyəti barədə əlavə məlumat veriləcək.

**************

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd təşəbbüsünün detalları bəlli olub.

Məlumata görə, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

F.Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

****************

Deputat Fazil Mustafaya sui-qəsd olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda yaşadığı evin qarşısında deputata atəş açılıb. Əraziyə istintaq qrupu göndərilib. Əlavə məlumat veriləcək.

*****************

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. 

Evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb.

Qeyd edək ki, o, iki güllə yarası alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!