Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edildi

SİYASƏT

01 Mart 2023 18:13

Oxunma sayi: 2686
Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin olunub.

Fərqan Novruzov bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.

2009-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2011-ci ildə Fransanın Strasburq Universitetinin siyasi elmlər ixtisası üzrə, 2012-ci ildə isə həmin universitetin hüquq ixtisası üzrə magistr dərəcəsini alıb. 2017-20-ci illərdə Azərbaycan Beynəlxalq Bankının hüquq departamentinin direktoru olub. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!