FHN in psixoloqları tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara fasiləsiz xidmət göstərilir

SİYASƏT

14 Fevral 2023 21:15

Oxunma sayi: 945
FHN   in psixoloqları tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara fasiləsiz xidmət göstərilir

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin tibbi heyəti arasında peşəkar psixoloqlar da var.

Bu barədə FHN-dən bildirilib.

Zəlzələdən fiziki və mənəvi sarsıntı keçirən insanlarin yanında olmaq və onlara mənəvi dəstək vermək məqsədilə göndərilmiş FHN-in psixoloqları tərəfindən Kahramanmaraşda zərər çəkmiş insanlara psixoloji yardım işi təşkil olunub.

Qeyd edək ki, psixoloji yardım işi fasiləsiz olaraq davam etdirilir.

 

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!