FHN in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı Türkiyəyə çatıb – YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

12 Fevral 2023 04:22

Oxunma sayi: 1850
FHN   in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı Türkiyəyə çatıb  – YENİLƏNİB + FOTO/VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ikinci mobil səhra hospitalı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Hospitalı aparan təyyarə artıq İncirlik hava limanına eniş edib.

************

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə göndərilib.

Məlumata görə, yardımın yığıldığı təyyarə Türkiyənin zəlzələ bölgəsinə yola düşüb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!