FHN in zəlzələ bölgəsindəki qərargahında türkiyəli həmkarlarla toplantı keçirilib

SİYASƏT

13 Fevral 2023 04:10

Oxunma sayi: 767
FHN   in zəlzələ bölgəsindəki qərargahında türkiyəli həmkarlarla toplantı keçirilib

FHN-in zəlzələ bölgəsindəki qərargahında türkiyəli həmkarlarla toplantı keçirilib.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında Türkiyə Respublikasının Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri ilə birgə toplantı keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti və atılacaq növbəti addımlar müzakirə edilib. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların qurulması ilə bağlı məsələlər nəzərdən keçirilib.

 

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!