FHN Türkiyədə fəaliyyət göstərən mobil hospitallarında xidmətin necə aparıldığını göstərdi FOTO/VİDEO

SİYASƏT

15 Fevral 2023 14:02

Oxunma sayi: 953
FHN Türkiyədə fəaliyyət göstərən mobil hospitallarında xidmətin necə aparıldığını göstərdi   FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hospitallarda ötən günlər ərzində 512 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

 

           
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!