Finlandiya Rusiyaya görə silahlanmağa qərar verdi

SİYASƏT

22 İyun 2023 11:26

Oxunma sayi: 440
Finlandiya Rusiyaya görə silahlanmağa qərar verdi

Finlandiya Rusiya ilə qarşılaşmaq üçün Aland adalarına silah qoymağa qərar verib.

Bu barədə Politico məlumat yayıb.

Nəşrin məlumatına görə, 20 sakin Rusiya konsulluğunun yaxınlığında toplaşaraq Moskvanın guya diqqətini Aland adalarına yönəldə biləcəyindən narahat olduqlarını bildiriblər.

Bu ərazidə, beynəlxalq müqavilələrə əsasən, silah yerləşdirmək qadağandır.

Finlandiya kəşfiyyatının keçmiş rəhbəri, general-mayor Pekka Toveri Aland adalarının demilitarizasiyasına qoyulan qadağanın aradan qaldırıla biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu, Helsinkinin “lazım gələrsə” cavab verməsini asanlaşdıracaq.

Aprelin əvvəlində Finlandiya NATO-ya rəsmi olaraq qoşuldu və alyansın 31-ci üzvü oldu.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!