Finlandiya Türkiyəyə silah embarqosunu ləğv etdi

SİYASƏT

25 Yanvar 2023 22:42

Oxunma sayi: 434
Finlandiya Türkiyəyə silah embarqosunu  ləğv etdi

Finlandiya 2019-cu ildən Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv edib.


Azmedia.Az xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyi 2019-cu ildən qüvvədə olan “Türkiyəyə hərbi texnika ixracına qoyulan embarqonu” ləğv etdiyini və ona satış üçün lisenziya verildiyini açıqlayıb.

Finlandiya Müdafiə Nazirliyi Türkiyəyə hərbi texnika üçün ilk ticari ixrac lisenziyasını verdiyini açıqlayıb.

Finlandiya Türkiyənin Suriyadakı hərbi əməliyyatına görə 2019-cu ilin oktyabrında ixrac lisenziyasını dayandırıb.

Silah satışı icazəsi Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün irəli sürdüyü şərtlərdən biri idi.

Elmir Həsənov

Mənbə: TRT Haber

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!