Fransa prezidenti Makron Ukraynaya bunu vəd ETDİ

SİYASƏT

04 Yanvar 2023 22:01

Oxunma sayi: 352
Fransa prezidenti Makron Ukraynaya bunu vəd ETDİ

Fransa tezliklə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Ukraynaya zirehli texnika verəcək.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskiyə Fransa lideri Emmanuel Makron bildirib.

AMX-10 RC yüngül döyüş tanklarının Ukraynaya təhvil verilməsindən də danışmaq olar.

Bu yüngül döyüş tankına bəzən ağır zirehli maşın da deyilir.

Qeyd edək ki, bundan əvvəl Fransa Ukraynaya “Sezar” özüyeriyən artilleriya qurğuları, yedəkli haubitsalar, hava hücumundan müdafiə sistemləri və külli miqdarda sursat ötürüb.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!