Fransızlar Paris merini Ukrayna münaqişəsinin səbəbləri ilə bağlı söylədiyi sözlərə görə tənqid ediblər

SİYASƏT

12 Dekabr 2022 11:18

Oxunma sayi: 404
Fransızlar Paris merini Ukrayna münaqişəsinin səbəbləri ilə bağlı söylədiyi sözlərə görə  tənqid ediblər

Azmedia.Az xəbər verir ki, Paris meri Ann Hidalqonun Ukraynada münaqişənin alovlanmasının səbəbləri ilə bağlı açıqlaması “Le Figaro”nun oxucuları tərəfindən tənqid edilib.

Karbohidrogenlərdən imtina məsələsinə həsr olunmuş forumda çıxış edən mer Ukrayna münaqişəsini mədən ehtiyatları uğrunda mübarizə ilə izah edib.

"Hər dəfə onun daha çox axmaqlıq deyə bilməyəcəyini düşünürsən, amma Hidalqo məni daim təəccübləndirir"  , “Çoxları bilir ki, Rusiya və Ukrayna arasında münaqişənin başlanğıcı məhz ABŞ-ın hərəkətləri olub”,   “Belə çıxır ki, Ukrayna neft quyusudur” bu , və.s kimi şərhlər izləyicilər tərəfindən merin çıxışına ünvanlanıb

"O, Parisdə siçovulların məhv edilməsi ilə məşğul olsa, daha yaxşı olardı" deyə istifadəçi şəhər iqtisadiyyatındakı zəif nöqtəni də qeyd edib.

Bundan əvvəl Brüsseldə keçirilən başqa bir forumda Parisin meri Ann Hidalqo Ukraynaya mədən yanacaqlarından imtina etməyi, Kiyev sakinlərinə isə şəxsi avtomobillərdən velosipedə keçməyi tövsiyə edib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!