FTB Ukrayna vasitəsilə Putinə qarşı kompramat toplayır

SİYASƏT

01 İyun 2023 10:52

Oxunma sayi: 485
FTB Ukrayna vasitəsilə Putinə qarşı kompramat toplayır

Federal Təhqiqatlar Bürosu (FTB) Rusiya prezidenti Vladimir Putinə qarşı kompramant toplayır, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş zabiti Filip Giraldi Judging Freedom YouTube kanalına müsahibəsində deyib.

Bunun üçün idarə Ukrayna hüquq-mühafizə orqanlarının köməyinə müraciət edib, nəşrin mənbəsi təfərrüatları paylaşıb.

Giraldi deyib ki, ABŞ səfirliyinin hər birində FTB-nin baş prokuroruna hesabat verən bir FTB ofisi var. “Düşünürəm ki, onlar indi Ukraynanın hüquq-mühafizə orqanları ilə Putinə qarşı kompromatlar toplamaq üçün əməkdaşlıq edirlər” deyə o, bildirib.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşının sözlərinə görə, FTB-nin əsas vəzifəsi Kiyev hakimiyyətinin ABŞ-dan nə gizlətdiyini öyrənmək üçün Ukrayna hökumətinə casusluq etməkdir.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!