Fuad Ələsgərov İnam Kərimovu Ali Məhkəmənin kollektivinə təqdim etdi

SİYASƏT

05 Aprel 2023 14:06

Oxunma sayi: 3066
Fuad Ələsgərov İnam Kərimovu Ali Məhkəmənin kollektivinə təqdim etdi

Aprelin 4-də Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilib.

Məlumata görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!