Fuat Oktay 58 yaşında evlənir

SİYASƏT

12 İyul 2022 13:37

Oxunma sayi: 197
Fuat Oktay 58 yaşında evlənir

Türkiyənin vitse-prezidenti Fuat Oktay yaxın günlərdə ailə həyatı quracaq.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

Məlumata görə, 58 yaşlı Fuat Oktayla Türkiyə Prezidentinin müşaviri 46 yaşlı Hümeyra Şahinin nişanı baş tutub.

Cütlüyün nişan üzüklərini ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan taxıb.

Qeyd edək ki, Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var. 

 

   

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!