Füzulidə meteoroloji stansiya quraşdırılır

SİYASƏT

27 Aprel 2023 06:49

Oxunma sayi: 694
Füzulidə meteoroloji stansiya quraşdırılır

“Füzuli rayonu ərazisində 1 ədəd meteoroloji stansiyanın quraşdırılması məqsədilə cihaz və avadanlıqların alınması üçün podratçı şirkətə sifariş verilib”.

Məlumata görə, bu barədə Füzulidə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

“Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5 688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, 1982-ci ildə qeydiyyata alınmış təbiət abidəsi statuslu 11 ədəd qədim ağacın (Şərq çinarı) hamısı məhv edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli şəhərinin yaxınlığında yaşıllıq sahəsinin salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış 251,1 ha torpaq sahəsinin 60 hektarında torpaq hazırlığı işləri yekunlaşmış və növbəti əkin mövsümündə əkin işlərinin aparılması nəzərdə tutulur.

İşğal dövründə ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi, məqsədilə beynəlxalq ekspert qrupunun Azərbaycana səfəri çərçivəsində ekspertlər Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Füzulidə məhv edilmiş təbiət obyektləri və dağıdılmış infrastruktura yerində baxış keçirilib”, - deyə nazir müavini əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!