Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb

SİYASƏT

02 Mart 2023 12:16

Oxunma sayi: 645
Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb

Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində minatəmizləmə işləri aparılarkən insana məxsus olduğu ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!