Gələn ay BMT də Ukrayna ilə bağlı sülh sammiti keçiriləcək

SİYASƏT

12 Yanvar 2023 14:14

Oxunma sayi: 245
Gələn ay BMT   də Ukrayna ilə bağlı sülh sammiti keçiriləcək

BMT Baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə Ukrayna sülh sammitinin fevralın 24-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilməsi planlaşdırılır.


Azmedia.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar "Anadolu" agentliyinə müsahibəsində deyib.
Rusiyanın bu zirvə toplantısında iştirak etməyəcəyi ilə bağlı mətbuatda yer alan xəbərlərlə bağlı Bodnar: "Sülhü sevməyən bir ölkəni sülh konfransına necə dəvət edərsiniz? Birincisi, bu, təbii deyil. İkincisi, bu, bütün fikrə (sülhlə bağlı) qarşı qəddar bir hərəkət olardı. Çünki sülhü pozan ölkə Rusiyadır və Ukraynanın torpaqlarının işğalı ilə müharibəni davam etdirmək istəyir”, - deyə münasibət bildirib.
Sülhün Moskva administrasiyası tərəfindən pozulduğunu deyən Bodnar, Rusiyanın Ukraynada İkinci Dünya Müharibəsində nasistlərin etdikləri kimi soyqırımı törətməkdə olduğunu deyib.
Sülhə ümid etdiyinə diqqət çəkən Bodnar bunun Rusiya qüvvələrinin Ukrayna ərazisindən tamamilə çıxarılması və dünyanın Moskvaya hərbi fəaliyyətlərindən əl çəkməsi üçün təzyiq göstərməsi ilə mümkün olacağını vurğulayıb.
"Bu, qurtuluş və müstəqillik savaşıdır. Biz torpaqlarımızı azad etməliyik, ərazi bütövlüyümüzü bərpa etməliyik, suveren torpaqlarımızda suveren hüquqlarımızı bərqərar etməliyik. Bu, bütün müharibənin əsas elementidir", o deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!