Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır FOTO

SİYASƏT

09 Fevral 2023 07:25

Oxunma sayi: 599
Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır   FOTO

Gəncədə də Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım toplanılır.

Məlumata görə, Türkiyənin Azərbaycandakı Səfirliyinin müraciətindən dərhal sonra ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində yardımlar toplanılmağa başlanılıb.

Sakinlər, sahibkarlar, müəssisə, idarələr, cəmiyyətlər və ictimai birliklər tərəfindən zəlzələdə zərərçəkənlərə dəstək məqsədilə yardımlar müvafiq qurumlar tərəfindən təyin olunmuş məkana çatdırılıb.

Bununla yanaşı, dünəndən başlayaraq Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə zəlzələdə dünyasını dəyişən şəxslərin xatirəsinə yaradılmış güşə sakinlər tərəfindən ziyarət edilir, gül dəstələri düzülür.

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!