Gənclər və İdman Nazirliyinin strukturu təkmilləşdirilir

SİYASƏT

10 Dekabr 2022 20:11

Oxunma sayi: 638
Gənclər və İdman Nazirliyinin strukturu təkmilləşdirilir

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılacaq.

Eyni zamanda, nazirliyin tərkibində yeni regional idarələr yaradılacaq.

Nazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!