Güney azərbaycanlılar İran prezidentinin xanımının irqçi çıxışı ilə bağlı BMT yə müraciət etdilər

SİYASƏT

20 İyun 2023 16:53

Oxunma sayi: 547
Güney azərbaycanlılar İran prezidentinin xanımının irqçi çıxışı ilə bağlı BMT   yə müraciət etdilər

Güney azərbaycanlı ziyalılar İran prezidentinin xanımının irqçi çıxışı ilə bağlı BMT-yə müraciət ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, İranda islam pərdəsi ilə maskalanan molla rejimi bütün göstəriciləri ilə şovinizm siyasəti yürüdür. Hazırda siyasi hakimiyyətdə olan bu ideologiyanın daşıyıcıları hələ də moğolları (monqol-tatarlar), ərəb və türkləri özlərinin düşməni sayırlar.

Belə ki, bu günlərdə İran Prezidenti İbrahim Rəisi xanımı Cəmilə Aləmulhuda ilə birlikdə Venesuelada səfərdə olub. Səfər çərçivəsində İranın birinci xanımı yerli televiziya kanallarından birinə müsahibə verib və danışarkən irqçi fikirlər söyləyib:

 

 

“Ərəblər, türklər və moğollar bizim düşmənimiz olublar”, - deyə o bildirib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!