Gürcüstan Aİ dən gözlədiyini ala bilmədi

SİYASƏT

01 May 2023 18:35

Oxunma sayi: 417
Gürcüstan Aİ   dən gözlədiyini ala bilmədi

Gürcüstana Avropa İttifaqına (Aİ) namizədlik statusu verilməyib.

Buna səbəb ölkə hakimiyyətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi olub. Bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

“Gürcüstan hökuməti onlar üçün problemdir, çünki o, sanksiyalara qoşulmur, müharibəyə başlamır, ölkədə “ikinci cəbhə” açmır”, - deyə Kaladze qeyd edib.

Mer əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində ciddi şəkildə işləyir.

Xatırladaq ki, aprelin 26-da Gürcüstan Baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının bir qisim tövsiyələrini yerinə yetirdiyi üçün ölkənin 2023-cü ilin sonuna qədər Aİ-yə namizədlik statusu alacağına ümid etdiyini bildirmişdi.

Mənbə: “Georgia Online”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!