Gürcüstan Ukraynaya 564 min dollar dəyərində humanitar yardım göndərib

SİYASƏT

22 Dekabr 2022 09:17

Oxunma sayi: 332
Gürcüstan Ukraynaya 564 min dollar dəyərində humanitar yardım göndərib
Gürcüstan humanitar yardım olaraq Ukraynaya ümumi dəyəri 1,5 milyon lari (təxminən 564 min ABŞ dolları) təşkil edən 25 generator alıb və göndərib.   Azmedia.Az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.   "Məmnuniyyətlə qeyd edirik ki, Gürcüstan hökuməti Ukrayna üçün sənaye məqsədləri üçün - klinikalar, xəstəxanalar, qida obyektləri və Ukraynanın digər mühüm infrastrukturu üçün istifadə olunacaq 25 generator alıb"- deyə, məlumatda vurğulanıb.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!