Gürcüstanda bu gün Saakaşviliyə dəstək məqsədilə aksiyalar keçiriləcək

SİYASƏT

04 Yanvar 2023 10:01

Oxunma sayi: 370
Gürcüstanda bu gün Saakaşviliyə dəstək məqsədilə aksiyalar keçiriləcək

Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə genişmiqyaslı həmrəylik aksiyaları keçirəcək.

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 18:00-da başlayacaq aksiyaların paytaxt Tbilisi ilə yanaşı ölkənin bütün böyük şəhərlərində keçirilməsi planlaşdırılıb.

Müxalif Vahid Milli Hərəkat partiyasının sədri Nika Melia ölkənin üçüncü Prezidentinin həbsdən azad edilməsi üçün siyasi baxışından asılı olmayaraq, hər kəsi aksiyalarda iştirak etməyə çağırıb.

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!