“Haber Global”: “İran televiziyası terroristə mikrofon uzatdı, söz haqqı verdi” VİDEO

SİYASƏT

27 Yanvar 2023 19:45

Oxunma sayi: 598
“Haber Global”:  “İran televiziyası terroristə mikrofon uzatdı, söz haqqı verdi”   VİDEO

İran televiziyası Azərbaycanın Tehranda yerləşən səfirliyinə qarşı terror aktı həyata keçirən terroristdən müsahibə alıb.

“Haber Global” bu görüntülərin əks olunduğu videosüjet hazırlayıb.

Görüntülərdə İran televiziyası, İran kanalları bir insanın ölümünə və iki insanın yaralanmasına səbəb olan terroristə mikrofon uzadır və ona söz haqqı verir.

Bununla bağlı videoda həmçinin terroristin adı İran vətəndaşı olaraq hallandırılır və beləliklə də onun İran vətəndaşı olduğu da məlum olur.

Nəzarətdə saxlanmalı olduğu halda terrorist kameralar qarşısına çıxarılır və ona ünvanlanan sualları cavablandırır. Qəddarlıqla həyata keçirdiyi hücumu da soyuqqanlılıqla nəql edir.  

Daha ətraflı “Haber Global”ın hazırladığı videosüjetdə: 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!