Hakan Fidanın yerinə yeni MİT rəhbəri: Ərdoğan kəşfiyyatı kimə həvalə etdi?

SİYASƏT

06 İyun 2023 09:30

Oxunma sayi: 1682
Hakan Fidanın yerinə yeni MİT rəhbəri:  Ərdoğan kəşfiyyatı kimə həvalə etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti formalaşdırmaqda davam edir.

Məlumata görə, dövlət başçısının qərarı ilə İbrahim Kalın Milli İstihbarat (Kəşfiyyat) Təşkilatına rəhbər təyin edilib.

Qeyd edək ki, bundan öncə prezidentin sözçüsü olan Kalın bu postda yeni kabinetin Xarici İşlər Naziri Hakan Fidanı əvəz edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!