Hataydakı son zəlzələ zamanı dağıntılar altında qalanlar arasında azərbaycanlılar var? AÇIQLAMA + FOTO

SİYASƏT

21 Fevral 2023 15:10

Oxunma sayi: 869
Hataydakı son zəlzələ zamanı dağıntılar altında qalanlar arasında azərbaycanlılar var?   AÇIQLAMA + FOTO

“Türkiyənin Hatay vilayətində dünən baş verən zəlzələ zamanı dağıntılar altında qalan azərbaycanlıların olub-olmaması barədə araşdırma aparılır”.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, bu barədə hələlik dəqiq məlumat alınmayıb.

A.Hacızadə əlavə edib ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən sonra iki vətəndaşımızdan xəbər ala bilməmişik. 

Xatırladaq ki, fevralın 20-də Hatayda 6,4 bal gücündə zəlzələ baş verib. Hadisə zamanı 6 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!