Heydər Əliyev Naxçıvandan Bakıya necə gəldi? VİDEO

SİYASƏT

16 İyun 2023 21:00

Oxunma sayi: 1290
Heydər Əliyev Naxçıvandan Bakıya necə gəldi?   VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Milli Qurtuluş Gününə həsr olunan film hazırlayıb.

Kinoproqram redaksiyasında ərsəyə gələn “Qurtuluşa doğru” filmi ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişindən bəhs edir.

QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə, hadisələrin iştirakçıları o dövrdə olan prosesləri filmdə dilə gətiriblər.

Filmdə, həmçinin, ulu öndəri Naxçıvandan Bakıya gətirən təyyarənin pilotu sözügedən hadisələri Azərbaycan Televiziyasına danışır. Təyyarə hansı şəraitdə Bakıdan göndərilib? Naxçıvanda o zaman vəziyyət necə idi? Hava limanında hansı təhlükələr var idi? Heydər Əliyev hansı şəraitdə təyyarəyə minib? 30 illik fasilədən sonra bu hadisələr tam təfərrüatı ilə AzTV-də xatırlanır.

Filmin rejissoru Rəna Yunisli, ssenari müəllifi Afaq Vasifqızı, operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur. Layihənin rəhbəri isə Elnur Məmmədovdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!