Hikmət Məmmədov: “Terror üslubunun kimə aid olması haqqında versiyalarımız var”

SİYASƏT

29 Mart 2023 11:41

Oxunma sayi: 1039
Hikmət Məmmədov: “Terror üslubunun kimə aid olması haqqında versiyalarımız var”

Milli Məclisin deputatı Fazil Mustafa gecə saatlarında yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Baku TV-də yayımlanan “Baku Analitik” verilişinin qonaqları - millət vəkilləri Hikmət Məmmədov və Sahib Alıyev F.Mustafaya edilən sui-qəsdin səbəbi haqqında müzakirələr aparıblar.

H.Məmmədov qeyd edib ki, millət vəkilinə evinin qarşısında güllə atmaq terror aktıdır:

“Cinayəti törədərkən istifadə edilən silah da, onun vətəni də bəllidir. Terror üslubunun kimə aid olması haqqında da versiyalarımız var”.

S.Alıyevin sözlərinə görə isə həmkarının çiynindən və ayağından yaralanması silahlı hücumun məqsədinin hədə-qorxu gəlmək olmadığını göstərir.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!