“Hilton” otellər şəbəkəsinin sahibi vəfat etdi FOTO

DÜNYA

22 Sentyabr 2019 12:28

Oxunma sayi: 391
“Hilton” otellər şəbəkəsinin sahibi vəfat etdi   FOTO

"Hilton" otellər şəbəkəsinin sahibi Barron Hilton 91 yaşında Los-Ancelesdəki evində vəfat edib.

Azmedia.Az xəbər verir ki, Barron Hiltonun oğlu Steven M. Hilton atasının öldüyünü təsdiqləyib. 
 
Barron Hiltonun nəvəsi amerikalı müğənni, fotomodel və aktrisa Paris Hilton bu xəbərə çox məyus olduğunu bildirib:
 

"O, əfsanəvi, uzaqgörən, parlaq, yaraşıqlı, xeyirxah idi. Maraqlı və macəra dolu bir həyat yaşayırdı".

Barron Hilton Konrad Hiltonun oğludur. 1927-ci ildə ABŞ-da anadan olub. Barron Hilton Amerika Futbol Liqasının qurucusu idi. 91 yaşında vəfat edən Barron Hilton yardım etməyi çox sevən bir insan kimi tanınırdı. 1947-ci ildə Barron Hilton Marilin Jun Havli ilə evlənib. Bu evlilikdən 8 övladı dünyaya gəlib. 

baku.ws

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!