Hindistan Rusiya və ABŞ dan raketlər almağa qərar verib

SİYASƏT

25 Aprel 2023 20:32

Oxunma sayi: 586
Hindistan Rusiya və ABŞ   dan raketlər almağa qərar verib

ANI agentliyi Hindistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən Yeni Dehlinin Rusiya və ABŞ-dan ölkənin donanması üçün təxminən 200 milyon dollar dəyərində raket kompleksləri almaq planlarını açıqlayıb. 

Agentlik mənbəsinin məlumatına görə, söhbət təxminən 80 dollara satılan Rusiyanın “Klub” gəmi əleyhinə qanadlı raketlərindən (Kalibr-K kompleksinin ixrac adı) və Amerikanın “Harpun” gəmi əleyhinə raket sistemi üçün avadanlıqdan gedir. 

Materialda qeyd edildiyi kimi, Rusiya raket sistemləri artıq Hindistanın sualtı qayıqlarında həmçinin suüstü gəmilərində quraşdırılıb və özünü müsbət tərəfdən göstərib. Amerika sisteminə gəlincə, o, hələ Hindistana çatdırılmayıb və onun bu ölkəyə ixracı üçün yalnız Konqresin razılığı alınıb.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!