Hollandiyanın baş naziri “Ukraynanın qələbə qazanmasına kömək edəcəyinə“ söz verib

SİYASƏT

03 Yanvar 2023 21:28

Oxunma sayi: 359
Hollandiyanın baş naziri  “Ukraynanın qələbə qazanmasına kömək edəcəyinə“ söz verib

Hollandiyanın baş naziri Mark Rutte çərşənbə axşamı Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra öz Twitter hesabında bildirib ki, qarşıdakı aylar Ukrayna münaqişəsində kritik olacaq.

Ukrayna lideri ilə söhbət zamanı Hollandiya hökumətinin başçısı bildirib ki, Hollandiya “Ukraynaya nəinki özünü müdafiə etmək, həm də qalib gəlmək üçün kömək etmək” üçün əlindən gələni edəcək.

Qeyd olunur ki, Hollandiya Müdafiə Nazirliyi bundan əvvəl 2022-ci ildə Ukraynaya hərbi yardım üçün 1 milyard avroya yaxın vəsaitin ayrıldığını, 2023-cü ildə isə Hollandiya hakimiyyətinin humanitar və hərbi yardımın həcmini 2,5 milyard avroya çatdırmaq niyyətində olduğunu bildirib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!